“Hoppanıb-düşməyən qalmasın!” "maNga" Bakıda çox alovlu konsert verdi

991
(Yenilənib 11:07 24.06.2019)
Türkiyənin ən sevilən alternativ rok qruplarından biri olan "maNga" həddən artıq uzun fasilədən sonra yenidən Bakı səhnəsində çıxış edib. Konsertin ən “qaynar” hissələrini Sputnik Azərbaycan-ın videosunda izləyin.

2009-cu ildə MTV mükafatı alan, 2010-cu ildə Avroviziya yarışmasında ikinci yerin sahibi olan "maNga" qrupu 2001-ci ildən Türkiyədə məşhur olmasına bamayaraq, Bakı dinləyicisinə daha çox Avroviziya müsabiqəsindən və “Çukur” serialından tanışdır.

Qrupun solisti Ferman Akgül dünən ilk dəqiqələrdən səhnəyə Azərbaycan bayrağı ilə çıxmaqla hər kəsin ürəyinə yol tapa bilib. Daha sonra isə “Ayrılıq” mahnısına kaver ifa etməklə, dinləyiciləri coşqunun kulminasiyasına çatdıra bilib desək, yanılmarıq.

“Elektra Events Hall”da keçirilən konsert enerjisi, yüksək əhval-ruhiyyəsi ilə yadda qalacaq. Yaxşı ki, konsert şənbə axşamı keçirilib. Çünki dinləyicilər rok konsertindən sonra ayaq və boyun ağrısının necə ağır keçdiyini hiss etməli olacaqlar.

Biz isə deyirik ki, "maNga" bir daha gəlmək üçün 10-15 il gözləməsin. Boyun ağrısı isə bizlikdir.

991