Yemək, günəş, dəniz... Bakıda orqanik məhsullar festivalı keçirilir

69
(Yenilənib 10:57 22.06.2019)
Bakıda ilk dəfə orqanik məhsullar festivalı olan “Organic Food Festival 2019” keçirilir. Əsas məqsəd orqanik qidanı təbliğ etməkdir. Yemək bayramının necə keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Son zamanlar “fast food” dünyasında yaşadığımıza baxmayaraq, orqanik qida tendensiyaları da geniş yayılmağa başlayıb. İnsanlar kimyəvi qatqıların, sintetik maddələrin həzmindən uzaq durmağa çalışır. Bakı Dənizkənarı bulvarında keçirilən festivalın qayəsi də məhz bu tendensiyaya həsr olunub.

Tədbiri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Dövlət Aqrar Ticarət Şirkəti təşkil edib.

Qeyd edək ki, festival iyunun 23-dək davam edəcək. Giriş pulsuzdur.

69