Sürgünlük həyatından yadigar: Zaqatalalı oymaçı ağacdan xariqələr yaradır

108
(Yenilənib 11:25 21.05.2019)
Əsgər Məmmədovun sadə ağac kötüyündən əsl sənət əsəri yaratmasını saatlarla izləmək olar. Zaqatalalı oymaçı deyir ki, bu sənət ona Qazaxıstanda keçirdiyi sürgünlük həyatından yadigar qalıb. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

Zaqatala rayon sakini Əsgər Məmmədov Qazaxıstanda doğulub. Belə ki, ailəsi bir vaxtlar orada sürgünlük həyatı yaşayıb. Uşaqlıqdan müxtəlif millətlərin nümayəndələrinin ətrafında böyüyüb, onlarla dostlaşıb. Oyma sənətini isə bütün cəhətdən digərlərini üstələyən alman uşaqlardan öyrənib.

“Onlar mənə həmişə deyərdilər ki, kağızdan işləmə, hər işə beyninlə yanaş” - deyən həmsöhbətimiz bizimlə onlardan aldığı ən dəyərli məsləhəti bölüşür.

Oymaçı danışır ki, bu sənət həvəs, böyük zəhmət və vaxt tələb edən işdir. Cüzi bir səhvə görə ağac çatlaya bilər və illərlə üzərində işlədiyin işi yenidən başlamalı olursan. Qan da onun üçün artıq adiləşib. Belə ki, oymaq üçün istifadə etdiyi əsas alət şüşə olduğuna görə əlləri həmişə kəsik-kəsik olur.

Sənətkar göyrüş, yalan qoz, şabalıd, palıd, tut, armud ağacları ilə işləyir. Ən maraqlısı da odur ki, hər ağacın işlənməsi fərqlidir.

Eskizlərdən də istifadə etmir Əsgər Məmmədov. İşləyəcəyi ağac kötüyünü görəndən sonra ondan nə düzəldəcəyi aydın olur.

108