“Başlıqları elə yazın ki, sanki xoşunuza gələn qızın diqqətini cəlb etməyə çalışırsınız”

172
(Yenilənib 17:02 17.05.2019)
Bu gün SputnikPRO təlim layihəsinin daha bir modulu keçirilib. Təlimi isə Rusiyanın tanınmış və sevilən jurnalisti Oleq Şedrov aparıb. Günün ən maraqlı məqamlarını videomuzda izləyin.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yerli jurnalistlər üçün əla fürsət bəxş edib. İllərdir çap KİV-ində fəaliyyət göstərən həmkarlarımız oxucuların diqqətini cəlb etmək üçün nə etməli olduqlarını öyrəniblər.

Təlimin iştirakçıları burada öyrəndiklərini gələcək işlərində tətbiq edəcəklərini də qeyd ediblər. Şedrov həmkarlarının suallarını bir-bir cavablandırıb və illərdir dünyanın müxtəlif nöqtələrində əldə etdiyi təcrübəni sevə-sevə bölüşüb.

Qeyd edək ki, SputnikPRO artıq altıncı dəfədir keçirilir.

172
Əlaqədar
İştirakçılar SputnikPRO təlimindən öz işlərində necə yararlanacaq
SputnikPRO-da növbəti dalğa: Onlayn yayıma keçid mövzusunda ustad dərsləri keçirilib
SputnikPRO təliminin ikinci günü: Azərbaycanlı jurnalistlər nələr öyrəndilər
“Oxumaq, oxumaq, yenə də oxumaq”: Jurnalist olmaq istəyənlər üçün SputnikPRO seminarı

ABŞ Rusiya Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir

6
(Yenilənib 14:24 10.07.2020)
ABŞ-ın dövlət katibi əmindir ki, Rusiya və Çini BMT-də veto hüququndan sui-istifadə etdiyinə görə cəzalandırmaq lazımdır. Bundan öncə ölkələr Suriyaya humanitar yardım üzrə qətnaməni bloklamışdı.

Belçika və Almaniya Türkiyə və Suriya Ərəb Respublikası arasında sərhəddə iki nəzarət-buraxılış məntəqəsini saxlamağı təklif etdiyi halda, Moskva və Pekin bununla razılaşmayıb. Rusiya isə öz qətnamə layihəsini təklif edib. Bu vəziyyətdə amerikalıların nə üçün narazı qaldıqlarını isə videomuzda izləyin.

6

Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası

1824
(Yenilənib 15:36 09.07.2020)
Azərbaycanda ilk dəfə cır mərsin yetişdirilməyə başlanıb. Bunun neçə ilə ərsəyə gəldiyini, ölkəmiz üçün qeyri-adi olan bu giləmeyvənin necə göründüyünü videomuzda izləyin.

Bakı şəhər sakini İlyas Əhmədov Azərbaycanda, demək olar ki, heç kimin dadına baxmadığı giləmeyvə yetişdirmək qərarına gəlib. İlk plantasiyanı Siyəzən rayonunda salan Əhmədov ilk üç ili ədəbiyyatı tədqiq etməyə və müxtəlif cür sortlarla sınaq aparmağa sərf edib.

“Azərbaycan iqlimi və suyu ilə hansı çeşidlərin yetişəcəyi bəlli olmadığına görə ilk iki ildə iki hektar ərazidə 11 müxtəlif çeşid əkdik. Və gördüyünüz kimi, bu il biz artıq ilk meyvələri yığmağa başladıq”, - deyə plantasiya sahibi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Bitki üçün bütün gərəkli materiallar – torpaqdan tutmuş avadanlığa qədər Latın Amerikası ölkələrindən gətirilib. Plantasiya işçilərinin "mavigilə" adlandırdığı ilk meyvə hal-hazırda Bakı bazarlarına göndərilib və 125 qramı 2 manat 90 qəpiyə təklif edilir. Əhmədov özü etiraf edir ki, alıcılar ilk öncə meyvəni tanımadığı və qiymətin yüksək olduğunu deyiblər. Amma bunun da öz səbəbləri var.

“Bu, olduqca “şıltaq” bitkidir və çətin ərsəyə gəlir. Bir kilo bitkidən birinci ildə maksimum 300-400 qram yığmaq olar. Bu giləmeyvənin əziyyəti də çoxdur. Bütün işlər əl ilə görülür. Meyvə azot sevmədiyi üçün yetişdirilməsində heç bir gübrədən istifadə edilmir. Tamamilə orqanikdir”, - deyə plantasiya sahibi açıqlayıb.

Giləmeyvə xərçəng, şəkər və göz xəstəliklərinin müalicəsində istifadə edilir. Tərkibində digər giləmeyvələrlə müqayisədə antioksidant daha çoxdur.

Hal-hazırda isə plantasiyada 25-ə yaxın insan çalışır. Əhmədov gələcəkdə bazar qiymətini aşağı salmaq və giləmeyvəni bir deyil, üç mövsümdə təklif etmək üçün 10 hektar torpaqda cır mərsin əkməyə başlayıb. Gələcəkdə isə Azərbaycan üçün qeyri-adi olan digər giləmeyvələri yetişdirməyi planlaşdırır.

1824
Azərbaycan-Rusiya sərhədi, arxiv şəkli

Gələn həftə üç ölkədən vətəndaşlarımız təxliyə olunacaqlar

0
(Yenilənib 19:00 10.07.2020)
"Vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub"

 

BAKI, 10 iyul — Sputnik. Rəqəmlərdə müəyyən stabilləşmə tendensiyası özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında az fərq var. Lakin bu, bizi qane etmir və biz mübarizəni davam etdiririk.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

O vurğulayıb ki, vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub.

Hikmət Hacıyev, həmçinin qeyd edib ki, qarşıdan gələn həftə Rusiyadan 250 vətəndaşın ölkəmizə gətirilməsi nəzərdə tutulur: "Gələn həftə İran və Gürcüstandan da bir qrup Azərbaycan vətəndaşının vətənə gətirilməsi planlaşdırılır".

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Azərbaycanda koronavirusla bağlı son durum: 526 yeni yoluxma və 8 ölüm
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Çin yeni pnevmoniyaya dair xəbərdarlıq etdi: "COVID-19-dan da ölümcüldür"
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi