Goranboylu kənkan bütün kəndi su ilə təmin edir

60
(Yenilənib 11:45 15.05.2019)
Goranboyun Tatarlı kəndinin sakini Mənsur Nurəliyev qədim kankan sənətini yaşadan nadir qazıcılardan biridir. Onun bir kəndin sakinlərini su ilə necə təmin etdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Susuzluqdan əziyyət çəkən kəndlərimizidən biri də Goranboyun Tatarlı kəndidir. Yerli sakinlər bu problemin həllini su quyularında tapıblar. Müsahibimiz Mənsur Nurəliyev illərdir çörəyini bu cür quyular qazmaqla qazanır.

Bölgə müxbirimizlə söhbətində, Nurəliyev bildirib ki, vaxtilə bu sənəti dayısının yanında işləyərək öyrənib.

“Hər adam 20 metr dərinliyə düşərək, qazıntı apara bilmir. Çox təhlükəlidir. Uçqu ola bilir. Yuxarıdan hər hansı bir daş aşağı düşəndə 20 metr dərinlikdə 1 tona yaxın çəkisi olur.”

Bu vaxta qədər müsahibimiz 35 ailəni su ilə təmin edib.

60