Bakıda rəqs günü necə keçirildi

43
(Yenilənib 14:57 02.05.2019)
Bakı Xoreoqrafiya Akademiyasının incəsənət fakültəsinin 90 illiyi çərçivəsində Beynəlxalq rəqs gününə həsr edilmiş konsert keçirilib. Konsertin necə keçdiyi – Sputnik Azərbaycan-ın videosunda.

Konsert əsnasında müxtəlif janrlarda həm individual, həm də kollektiv rəqslər təqdim edilib. Auditoriyada isə incəsənət sevərlər və çıxış edənlərin valideynləri hər nömrəni alqışla qarsalayıblar.

Solistlər arasında Əməkdar artist və xoreoqraf Eteri Cəfərova, Əməkdar artist Ruslan Hacıyev, Dövlət Akademik opera və Balet teatrının solisti Cəmilə Kərimova, Xalq artisti Kamilla Hüseynova və Əməkdar artist Yuri Lobaçov çıxış ediblər.

Beynəlxalq rəqs günü hər il 29 aprel tarixində qeyd edilir.

43