Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Dəlisov” Kardi Bi Bakıda Formula 1 həftəsinin nöqtəsini qoydu

Abunə olmaq
Bax belə. Bakıda “Formula-1” SOCAR Azərbaycan Qran-prisi həftəsinin son günü dünyada “vurhəşir”ləri ilə tanınan ABŞ hip-hop ifaçısı və internet ulduzu Kardi Binin konserti ilə başa çatıb. Konsertin maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Hər il Azərbaycanda “Formula-1” təşkilatçıları avto-idman həvəskarlarını bütün dünyada tanınan ulduzların konsertləri ilə sevindirməyə çalışırlar. Bu ilin SOCAR Azərbaycan Qran-prisinin son nöqtəsini qısa müddətdə hip-hop kraliçası adına layiq görülmüş Kardi Bi (Cardi B) qoydu.

“Baky City Circuit”in əsas səhnəsi olan “Crystal Hall”da keçən axşam ulduzun bütün bədən formalarını nümayiş etdirən parlaq çəhrayı kombinezon və dinləyicilərlə ünsiyyəti ilə yadda qaldı. Bakı musiqi sevərləri də geridə qalmayaraq, demək olar ki, hər mahnını onunla birgə ifa etdilər.

Bir sözlə, Dərviş Parisi partladan kimi, Kardi də Bakı səhnəsini partlatdı.

Qeyd edək ki, Kardi Bi “Ən yaxşı rep albomu” kateqoriyasında Qremmi mükafatına layiq görülmüş ilk hip-hop ifaçısıdır.

Xəbər lenti
0