Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Son anın sürprizi – Cessi Ceydən inanılmaz gecə

Abunə olmaq
Tanınmış britaniyalı ulduz Cessi Ceyin “Formula-1” SOCAR Azərbaycan Qran-prisi çərçivəsində Bakı konsertini Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Price Tag” mahnısı ilə hər kəsin dilinə düşən Cessi Cey ilk dəfə Baky City Circuit-in əsas səhnəsi olan Crystal Hall-da çıxış edib və “Formula-1” həftəsonunun hedlayneri olub. Onun yerinə səhnəyə çıxmalı olan Sam Smithin son anda səhhətində yaranmış problemə görə Bakıda çıxışdan imtina etməsiylə, Cessinin dəvət edilməsi hər kəs üçün gözlənilməz sürpriz oldu.

Konsertin hər anı yaddaqalan oldu desək, yanılmarıq. Geyimlərindən tutmuş, səhnədəki hər hərəkətinə qədər. Biz isə Bakının hələ uzun müddət “Money, Money, Money” zümzümə edəcəyindən şübhə etmirik.

Qeyd edək ki, aprelin 28-də ABŞ-ın tanınmış hip-hop ifaçısı Cardi B “Formula-1” SOCAR Azərbaycan Qran-prisi çərçivəsində çıxış edəcək.

Xəbər lenti
0