İranlı diplomat: “İranın dünyada regionda lider olmaq niyyəti yoxdur”

105
(Yenilənib 16:29 26.04.2019)
İran ətrafında cərəyan edən qəliz siyasi vəziyyətə baxmayaraq, Xəzər ölkələri, xüsusilə də Azərbaycanla, normal qonşuluq münasibətlərini qoruyub saxlamağa çalışır. Bu mövzuda siyasi ekspertlərin fikirlərini videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Azərbaycanın və Xəzər beşliyinin xarici siyasətində İran" mövzusunda dəyirmi masa keçirilib. Müzakirələrdə "Etnoqlobus" Beynəlxalq Onlayn Analitik Mərkəzinin direktoru Gülnarə İnanc, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Sübhan Talıblı, "Vektor" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təşkilat komitəsinin sədri Əli İsgəndərov, İİR-ın Bakıdakı səfirliyində elm və mədəniyyət məsələləri üzrə ekspert Həsən Güli İranəq iştirak ediblər.

Mütəxəssislər İranın xarici siyasətinin müxtəlif aspektlərini müzakirə edib, İranın qonşularıyla siyasəti, Azərbaycanda farsdilli məktəblər, Azərbaycanın İran-ABŞ qarşıdurmasında rolu və İranın regionda liderlik niyyətləri kimi məqamlara toxunublar.

105