(2:02 / 12.30Mb / просмотров видео: 531)

İnsan kosmosu necə fəth etdi

761
(Yenilənib 10:59 12.04.2019)
Düz 58 il əvvəl bəşər övladı kosmik gəmidə Yerin hüdudlarını tərk edib.

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb 1961-ci il aprelin 12-də sovet vətəndaşı, baş leytenant Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. 

1968-ci ildə Beynəlxalq Aviasiya Federasiyası Kosmonavtika gününə beynəlxalq status verib. 

Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən yüzlərlə kosmonavt uçub.

1961-ci ildə kosmonavt German Titov ilk dəfə kosmosda bir sutkadan artıq olub. 

1963-cü ilin iyununda ilk dəfə olaraq qadın — Valentina Tereşkova kosmosa uçub. 

Bütün bu və digər kosmik nailiyyətlər barədə Sputnik-in infoqrafikasında oxuya bilərsiniz.

761