Qazax sakini bazara “təmiz” cücə təklif edir

3372
(Yenilənib 16:12 05.04.2019)
Qazax sakini Kosalar kənd sakini Asif Zöhrabov antibakterial və antiviruslu inkubator hazırlayıb. Onun buna necə nail olduğunu Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bölgə müxbirimizlə söhbəti zamanı Asif Zöhrabov bildirib ki, öz icadı olan inkubator üzərində 4 illik təcrübələrdən sonra, nəhayət ki, 100%-lik nəticə əldə edə bilib. İcadının əsas məqsədi isə cücələri iynə-dərmanla yox, tam ekoloji cəhətdən təmiz böyütmək olub.

Bəs həmsöhbətimiz buna necə nail olub? Hər 12 saatdan bir ultrabənövşəyi işıqlar avtomatik olaraq işə düşür və 1 dəqiqə müddətində inkubatoru daxildən virus və bakteriyalardan təmizləyir.

Dünyanın hər yerində hazırlanan inkubatorlar haqqında internet üzərindən araşdırmalar aparan Asif Zöhrabov 4 il 350 yumurta tutumu olan kiçik inkubatorla sınaqlar aparıb. Nəhayət, mart ayının sonlarında 5200 yumurtalıq inkubatoru işə salıb. Bundan sonra isə ixtiraçı icadını patentləşdirməyi planlaşdırır.

3372