Azərbaycanlı təmsilçi Xanım Əhmədiyeva NTV kanalında yayımlanan “Sən supersən!” layihəsinin super-mövsümünü tərk edib. Əhmədiyeva səhnəyə “Ay qaşı-gözü qara qız” xalq mahnısı ilə çıxıb. Super-mövsümün münsiflər heyəti – bəstəkar İqor Krutoy, artistlər Aleksey Vorobyov, Diana Arbenina və Yolka – yekdilliklə yaşıl düyməni bassa da, təmsilçimiz nəticədə heç bir komandada yer ala bilməyib.
Rusiyanın NTV telekanalı ilə “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edirlər.
BAKI, 16 yanvar - Sputnik. Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayılıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.
Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.
Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.