Təbiətin oyanışı Sputnik Azərbaycan-ın obyektivində

371
(Yenilənib 16:48 20.03.2019)
“Yetişdi fəsli-bahar. Gəldi işrət zamanı, qardaşlar! Nə gözəl bayram... Ah, nə xoş fürsət! Sayılır əhli-zövqə bir nemət!” deyib Cavid Əfəndi...

Bahar gəlincə hər tərəf oyanar, başqa çalar, fərqli bir auraya bürünər dünyamız. Əfsus ki, insanların əksəriyyəti bu gözəllikləri görməzdən gəlir. Onların çoxu müasir elektron dünyanın, virtual aləmin quluna, köləsinə çevrilib desək, yanılmarıq.

Dünyada heç nə təbiətin rəngləri, səsləri, gözəllikləri ilə əvəz oluna bilməz. Heç nə bizim üçün canlı təbiəti əvəzləyə bilməz, çünki biz onun bir zərrəsiyik. Bəşər övladının təbiətlə ünsiyyətə, gözəlliklərə zaman ayırmağa ehtiyacı var.

Biz isə sizə Azərbaycanın Şimal-qərb bölgəsinin gözəlliklərini təqdim edirik. Siz də baxın, gözünüz, ruhunuz dincəlsin, könlünüz təzələnsin!

371