Keçəllə rəqs, isti çay şənlik ab-havası: Bakı sakinləri Novruzu necə qeyd edir

140
(Yenilənib 16:35 20.03.2019)
Novruz bayramını İçərişəhərdə qarşılamaq ənənəyə çevrilib desək, yanılmarıq. Yağışa, küləyə baxmayaraq Bakı sakinlərinin bayramı necə qarşıladıqlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

İçərişəhərdə Qoşa Qala meydanında keçirilən bayram şənliyində qonaqlar Kosa və Keçəllə o ki var rəqs etdilər, isti içkilərin və Novruz şirniyyatlarının dadına baxdılar, ən önəmlisi isə, soyuq havanın bayram ab-havasının korlamasına  zərrə qədər icazə vermədilər. Sputnik Azərbaycan-ın çəkiliş komandası isə onlara qoşulmağı özünə borc bildi.

Qeyd edək ki, “Bahar Qalası” Novruz bayramı şənliyi “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir və martın 26-na qədər 7 gün ərzində davam edəcək.

140
Əlaqədar
Xonçalarımızın “kraliçası” şəkərburanı necə naxışlamalı
Novruz süfrələrinin “bəzəkli gəlini”
“Fala inanma, faldan da qalma” – Novruz fallarına necə baxmalı