CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Selfi” üçün əla fürsət – Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir

Abunə olmaq
“Bakı Metropoliteni” bayram günlərində sakinlərimiz üçün artıq gözəl ənənəyə çevrilmiş sürpriz hazırlayıb. Bu dəfə “İçərişəhər” stansiyasının birinci yolunda retro vaqonlar nümayiş olunur. Daha ətraflı videomuzda izləyin.

Sərnişinlərdə gözəl nostalji hisslər oyadan retro vaqonlar sırasında SSRİ metro tarixinin ilklərindən olan, 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehsalı olan "Г" və 2009-cu ilə qədər Bakı metrosunun xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonlar var.

Bakı sakinləri bu nadir eksponatlara tamaşa etmək və onların salonlarında xatirə şəkilləri çəkdirmək fürsəti əldə ediblər.

Qeyd edək ki, sözügedən vaqonlar martın 19-dan 21-nə qədər hər gün səhər 9-dan gecə 12-yə qədər nümayiş etdiriləcək.

Xəbər lenti
0