Novruz süfrələrinin “bəzəkli gəlini”

207
(Yenilənib 16:40 15.03.2019)
Novruz bayramı ərəfəsində xonça bəzəyən azərbaycanlı ailəsi tapılmaz, desək, yanılmarıq. Bu da təəccüblü deyil.

Çünki ta qədimdən gələn inanclarımıza görə, bayramqabağı xonça bəzəyib, süfrələrimizin daim ruzi-bərəkətli olmasını arzu edirik. Evdar qadın Dilarə Əliheydərova da Sputnik Azərbaycan üçün xonça hazırladı.

Onun sözlərinə görə, Novruz xonçası mütləq qarışıq olmalıdır, buna görə də hər kəs xonçanı evində olan təamlarla bəzəyə bilər. Adətən isə xonçaya qoz-fındıq, meyvə quruları, çərəzlər, rənglənmiş yumurtalar və səməni qoyulur. Sözsüz ki, Novruz şirniyyatları hesab olunan şəkərbura, paxlava, qoğalı da unutmaq olmaz.

Novruzda süfrələrin bəzəyi olan xonçalardakı təamları bayramdan sonra yeməyin isə ayrı bir ləzzəti var.

207