SputnikPRO-da növbəti dalğa: Onlayn yayıma keçid mövzusunda ustad dərsləri keçirilib

100
(Yenilənib 15:47 28.02.2019)
Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda SputnikPRO təhsil proqramının növbəti mərhələsinə start verib.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanın kağızla işləyən kütləvi informasiya vasitələrinin əməkdaşları olduqca maraqlı ustad dərsində iştirak etmək şansı əldə ediblər.

Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyevin bildirdiyi kimi, proqramın məqsədi artıq püxtələşmiş peşəkar jurnalistlərə nəsə öyrətmək deyil, bilik və təcrübəni bölüşməkdir.

Ustad dərsləri onlayn yayıma keçidin faydaları, rəqəmsal medianın xüsusiyyətləri, internet məkanında informasiyanın təqdimatı və digər mövzulara həsr olunub.

Master klassları Rusiya media məkanının aparıcı peşəkarları – “Rossiya Seqondya” BİA-nın baş redaktorunun müavini Natalya Loseva, mediaqrupun analitiki İqor Tuquşev və “Rossiya Seqodnya” internet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski aparır.

Qeyd edək ki, SputnikPRO təhsil proqramı sabah, martın 1-də də davam edəcək.

100