CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordumuz Xəzər bölgəsində təhlükəsizliyi təmin etmək iqtidarındadır

Abunə olmaq
“Bu gün hər bir azərbaycanlı öz ordusu ilə fəxr edə bilər, belə ki, ordumuz təkcə bölgədə deyil, bütün Avrasiya məkanında ən güclü ordulardan birinə çevrilə bilib”. Bunu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bəyan edib.

Dünən Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində qonaq olan Korotçenko Azərbaycan-Rusiya arasında hərbi-texniki əməkdaşlığı şərh edib, Xəzər bölgəsinin təhlükəsizliyindən danışıb və Azərbaycan ordusunun döyüşə hazırlıq vəziyyətini qiymətləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycan sadəcə bölgədə deyil, bütün Avrasiya məkanında ən güclü ordulardan biridir.

Korotçenko bildirib ki, hal-hazırda tüğyan edən qəliz hərbi-siyasi şəraitdə ölkələrimizin qarşısında duran əsas vəzifələrdən biri Xəzər bölgəsində sülh və təhlükəsizliyin qorunmasıdır. Onun fikrincə, Xəzəryanı ölkələr burada təhlükəsizlik təmin etmək iqtidarına və potensialına malikdir.

Xəbər lenti
0