CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xocalı faciəsi Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmalıdır”

Abunə olmaq
Xocalı faciəsindən 27 il ötür. Bu günü nə unutmaq olar, nə də unutdurmaq. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Rusiyanın siyasi xadimləri bu hadisəyə öz münasibətlərini bildiriblər.

Rusiya Federasiyasının görkəmli siyasi və ictimai xadimləri “Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı və ümumi indinin inkişafı” konfransında iştirak etmək üçün Bakıda səfərdədirlər.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində birgə mətbuat konfransı üçün qonaq qismində iştirak edən rusiyalı siyasi xadimlər Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan Xocalı faciəsi haqda münasibət bildiriblər.

Bakıda izdiham "Ana fəryadı" abidəsinə axın etdi>>

Konfransda RF Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun koordinatoru Dmitri Savelyev, Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədr müavini İrina Rodnina, "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, Federasiya Şurasının Sosial Siyasət Komitəsinin sədr müavini Lyudmila Kozlova, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Sergey Markov və Rusiya Federasiyası Dövlət Duması Federal Məclisinin Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitəsinin sədr müavini Oksana Puşkina iştirak ediblər.

Qonaqlar yekdilliklə bəyan ediblər ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmalıdır. Hər hansı münaqişədə dinc əhalini qırmaq beynəlxalq hərbi cinayət hesab edilir və günahkarların cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması mütləqdir.

Xəbər lenti
0