CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məgər o, Çelentano deyil - Məşhur musiqiçinin oxşarı Bakıda hər kəsi özünə aşiq etdi

Abunə olmaq
Bu il dünyaca məşhur italiyalı musiqiçi və bəstəkar Adriano Çelentanonun 80 yaşı tamam olur. Maestro artıq özü konsertlər verməsə də, Bakı dinləyiciləri onun misilsiz musiqisindən həzz almaq imkanı əldə etdilər.

Ötən gün “Celentano Tribute show” layihəsi ilk dəfə Bakı səhnəsində çıxış etdi. Orijinalından, demək olar, heç nə ilə fərqlənməyən Maurisio Şveyzer Heydər Əliyev Sarayında Çelentanonun azərbaycanlı sevərləri üçün onun dillər əzbəri olan mahnılarını oxudu.

Bakıda bu layihə ilk dəfə dinləyicilərə təqdim olundu. Maraqlısı odur ki, bu şounu izləməyə gələnlər qarşılarında, doğrudan da, Çelentanonun çıxış etdiyinə inandılar. Belə ki, artistin obrazı, mimikası, özünü səhnədə aparması ən kiçik təfsilatlarına qədər işlənilmişdi.

Qeyd edək ki, Maurisio Şveyzer Adriano Çelentanonun rəsmi oxşarı hesab edilir. “Celentano Tribute Show” layihəsi on ildən artıqdır ki, bütün dünyada konsertlər verir.

Xəbər lenti
0