“Nə vaxtsa, cavan olduğunuzu unutmayın”: Gənclərin dostundan məmurlara öyüd

137
(Yenilənib 18:26 01.02.2019)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov gənc alimlərin yetişməsində rolu və xidmətlərinə görə “Gənclərin Dostu” mükafatı ilə təltif olunub.

Akademik hər zaman gənc nəslə böyük dəyər verdiyini söyləyib. Onun fikrincə, hər kəs, xüsusilə də məmurlar, bir vaxtlar cavan olduğunu unutmamalı və gənc nəslin yetişməsi, təhsil alması və püxtələşməsi üçün əlindən gələni əsirgəməməlidir.

Daha sonra “Gənc tarixçilərin qış məktəbi” layihəsində iştirak edən məktəblilər xüsusi diplomlarla təltif olunublar. Gənclərin dostu onlara informasiya müharibəsində, xüsusilə də elm sahəsində daim qələbə qazanmağı arzulayıb. Onları Gənclər Günü münasibətilə bir daha təbrik edib.

137