Keyfiyyətli məzmun qıtlığı təhsilsizlik Gənclərimiz hansı problemlərlə üzləşir?

96
(Yenilənib 17:03 31.01.2019)
2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu münasibətlə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müasir gənclərimizi narahat edən problemlər müzakirə olunub.

Azərbaycanda müstəqillik dövründə doğulub, boya-başa çatan nəsil artıq yetişib. Və cəmiyyətimizin islahı və inkişafı məhz bu nəslin əlindədir.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masa məhz onları narahat edən problemlərə, onların önündə duran çətinliklərə həsr olunub. Dəyirmi masada GR8 şirkətinin həmtəsisçisi, biznes təlimçi və “KVAN” kitabının müəllifi Coşqun Kərimov, gənc biznes təlimçisi, ORKHANWAY Coaching şirkətinin təsisçisi Orxan Şahbaz və Qadın liderliyi uğrunda İB-nin sədr müavini Nərmin Şamilova kimi mütəxəssislər iştirak ediblər.

Coşqun Kərimovun fikrincə, gənclərin ümumbəşəri problemi ondan ibarətdir ki, onlar gənc yaşlarından ümumdünya problemlərini həll etməyə çalışırlar. Bunun qeyri-mümkün olduğunu anlayanda isə passiv-pessimizmə qərq olurlar. Coşqunun sözlərinə görə, günümüzün gəncləri keyfiyyətli məzmun və nümunə axtarışındadır.

Nərmin Şamilova günümüzdə cinslərin münasibətləri haqqında danışıb. O düşünür ki, bir zamanlar daha “sadə” qız axtarışında olan oğlanlar, artıq daha uğurlu və savadlı xanımlarla ailə qurmaq istəyirlər.

Orxan Şahbaz isə cəmiyyət olaraq diplomsuzluqdan deyil, təhsilsizlikdən əziyyət çəkdiyimizi düşünür. Onun fikrincə, təhsil sistemi zəif şəkildə qurulmuş bir cəmiyyətdə bütün digər sahələr də axsayacaq.

96