Yollar maşınların, səkilər piyadaların, velosipedçilərə isə heç nə...

90
(Yenilənib 13:55 28.01.2019)
Bakı Nəqliyyat Agentliyinə avtomobil yollarında və küçə-yol sistemində velosipedçilər üçün zolaqların və velodayanacaqların ayrılması həvalə edilib. Bu xəbər bütun velosipedsevərləri sevindirib.

Piyada və sürücü mədəniyyətinin olmaması da bir başqa problemdir. Sürücülər bəzən öz avtomobillərini səkilərdə saxlayırlar və piyadalar haradan gedəcəklərini bilmirlər. Təsəvvür edin ki, burada həm də velosipedçilər peyda olur...

"Şəhərdə təkcə velosiped zolaqları deyil, velosiped mədəniyyəti də olmalıdır. Biz başqalarına söz deməkdən qorxmamalıyıq" - deyə peşəkar velosipedçi Renato Rakoviç bildirir.

Eyni zamanda velosipedçilər dəfələrlə piyadalardan eşidirlər: "Cavan oğlan, velosipedçilər öz yolları ilə getməlidirlər!" Eyni zamanda velosipedçilər avtomobil sürücülərinin narazı nəzərləri ilə qarşılaşırlar.

Cəngəllikdə ov davam edir: Bizi hər döngədə təhlükə gözləyir >>

Velosiped ustası və şəhərə velosipedlə çıxmaq həvəskarı olan Pərviz İlyasov isə iki təkər üzərində hərəkət etməkdən vaz keçib, baxmayaraq ki, özü bir dəfə də olsun təhlükə ilə üzləşməyib. Amma o, velosiped həvəskarı olan dostunu yol-nəqliyyat qəzası nəticəsində itirib. Onun yaxın adamı avtomobilin təkəri altında qalıb.
Bir sözlə, bizdə belə bir hal yaranıb: yollar maşınların, səkilər piyadaların, velosipedçilərə isə heç nə.

90
Əlaqədar
Velosiped sürməyin 5 faydası
Azərbaycanlı velosiped həvəskarları üçün şad xəbər
Velosiped sürməklə sağlam olmaq istəyirdi, əksinə oldu
Ekspert: “Bakının yolları velosiped sürmək üçün uyğun deyil”
Yaxın 5 ildə su nəqliyyatı yaradılacaq, velosiped və tramvay yolları salınacaq