Ağstafada bir milyona satılan retro maşın

147
(Yenilənib 15:04 16.01.2019)
Sovet dövrünün əfsanəvi maşınlarından biri, daha çox “Çayka” adı ilə tanınan “Qaz-13” avtomobilidir.

Bir vaxtlar yüksək vəzifəli şəxslər, nazir və dövlət başçılarının xidməti maşını kimi istifadə olunan bu avtomobillərdin biri hal-hazırda Ağstafa rayonu Köçəsgər kəndində saxlanılır. Atasına hədiyyə olunan maşını kənd sakini Tural Abbasəliyev göz bəbəyi kimi qoruyur.

Tural maşının böyük marağa səbəb olduğunu deyir. Böyük pul məbləği təklif edənlər də olur. Amma Turalın atası maşını 1 milyondan az qiymətə satmayacağını bəyan edib.

147
Əlaqədar
Tovuz sakini ata yadigarını göz bəbəyi kimi qoruyur