Mütəxəssis milli kimliyimizi itirməməyə çağırır

92
(Yenilənib 17:04 07.01.2019)
Dəvəboynu məbədi Balakənin Qazbinə kəndində, kiçik bir dağın üstündə yerləşir. Məbədin tarixi və etimologiyası haqqında Sputnik Azərbaycan-ın süjetində izləyin.

Həmsöhbətimiz, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli deyir ki, uzaqdan baxdıqda abidənin yerləşdiyi dağ, sanki karvanda gedən bir dəvəni xatırladır. Məbəd erkən xristian abidəsi hesab olunur. Məbədin birnefli olması, onun xristianlığın ilkin dövrünə aid olmasına bir işarədir.

Hacıqabuldakı Pir Hüseyn xanəgahı yenidən kəşf edilib
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Akif Məmmədli qeyd edir ki, əhali arasında bilgi azlığına görə insanlar abidələrə laqeyd qalırlar: “Bunlar bizim dünənimizdir, vaz keçilməz tariximizdir, diqqətli olmaq lazımdır. Barəsində danışdığımız abidə bölgədə ən qədimdən məskunlaşdığımızı təsdiq edən sübutlardan biridir. Milli kimliyimiz, milli pasportumuzdur”.

A.Məmmədli diqqətə çatdırır ki, Dövlət Turizm Agentliyinin ekspertləri ilə birlikdə Azərbaycanın Şimal-Qərb bölgəsində ilk xristian dövrünə aid abidələr üzrə turist marşrutu müəyyənləşib. Bu abidə gələcəkdə buradakı insanların yaşayışının zəmanəti, təminatı ola bilər. Daha yaxşı yaşamaları, daha yüksək mədəniyyətə çatmaları üçün bir mərhələdir.

"Odur ki, biz bunları qorumalı, əhali arasında maarifləndirmə işi aparmalıyıq. Hətta mümkün olarsa, bir qismini bərpa etmək lazımdır. Qədim torpağa, müqəddəslərin bizlərə əmanət qoyduğu yerlərə sahib çıxmalıyıq" - deyə müsahibimiz əlavə edib.

92