“Azərbaycanın zəngin mətbəxi turistlər üçün cəzbedici amildir” Rusiya səfiri

32
(Yenilənib 13:20 25.12.2018)
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycanın hər bölgəsinin öz yeməklərinə görə seçildiyini deyib.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı əsnasında fövqəladə və səlahiyyətli səfir Mixail Boçarnikov Azərbaycanda bu vaxta qədər gəzdiyi və gördüyü yerlər haqqında təəssüratlarını bölüşüb. Səfir getdiyi hər yeri həmkar və dostlarına tövsiyə etdiyini bildirib.

“Getdiyim hər yer olduqca maraqlı olub. Özüm üçün isə mətbəxin hər regiona görə müxtəlif olduğunu qeyd etdim, amma hər biri cəzbedici idi”, - deyə Rusiya səfiri qeyd edib.

Diplomat bu amili rusiyalı turistlər üçün vacib keyfiyyət adlandırıb.

Rusiya səfiri: “Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticəsiz olmayıb” >>

Qeyd edək ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən konfrans zamanı Rusiyalı diplomat Azərbaycan və Rusiya münasibətlərinin inkişafı, ili ölkə arasında turizm axınının artırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini də şərh edib.

32

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

71
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

71

“Azərbaycan toylarının yerini heç vermir” Amerikalı sahibkar ölkəmiz haqqında

104
(Yenilənib 12:46 27.05.2020)
3 il yarım öncə Frimen ailəsi ABŞ-dan Azərbaycana köçməklə, Bakını öz ikinci evi etdilər. Amerikalı sahibkar Brent Frimenin Azərbaycan haqqında təəssüratlarını videomuzda izləyin.

Bu müddət ərzində Frimen ailəsi ölkəmizin maraqlı ənənələrini öyrənir, ölkəmizi qarış-qarış gəzir və buradakı həyatlarını dolu-dolu yaşamağa çalışır. Ailə başçısı Brent Frimen hətta öz ailə biznesini belə Azərbaycana həsr edib. Onlar azərbaycanlı ustaların hazırladığı unikal suvenirləri xarici auditoriyaya çatdırmaqla məşğuldurlar.

Bu illər ərzində onlar bir çox yeməyimizin dadına baxıb, bir çox rayonda olublar. Brentin ən çox yadında qalan məqam isə azərbaycanlı dostlarının evlərində qonaq olmalarıdır.

“Mən burada azərbaycanlı dostlarımdan çox şey öyrənmişəm. Onlar mənə qonaqpərvərliyin nə olduğunu öyrədiblər. Burada fikir verdiyim birinci məqam isə ailəyə, münasibətlərə verilən önəmdir”, - deyə Brent bizimlə bölüşüb.

Amma Brent üçün ən yadda qalan məqamı əsl Azərbaycan toylarına getmək olub. Azərbaycanlı dostları ilə səmimi söhbətləri yadında qalıb. Onun fikrincə, azərbaycanlılar ümumiyyətlə həyatı dolu-dolu yaşamağı bacarırlar.

Brent Frimen və ailəsi ölkədən köçmək fikrində deyillər. Onlar ildə bir dəfə əzizlərini görmək üçün ABŞ-a gedir, amma sonra mütləq yenidən Bakıdakı həyatlarına qayıdırlar. Onların iki qızı isə Azərbaycan dövlət məktəbində oxuyur. Onlar özlərini çoxdan qürurla amerikalı azərbaycanlı adlandırırlar.

104
Üzünü əli ilə tutan kişi, arxiv şəkli

Stressin yarandığı bölgə müəyyən edildi

0
(Yenilənib 00:04 01.06.2020)
Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

BAKI, 1 iyun — Sputnik. Yel Universitetinin alimləri beyində stress mərkəzini və onun fəaliyyətini müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma ilə müəyyən edilib ki, daha yüksək səviyyəli stress hipotalamusda, daha az hissə isə frontal beyin qabığında yığılır.

Araşdırmaçılar 60 sağlam insanda stressin müxtəlif formalarını yaratmaq üçün onlara müxtəlif xoşagəlməz görüntülər (hirs, iyrənclik, qorxu və kədər kimi) və sakitləşmələri üçün növbəli şəkildə uyğun obrazlar göstəriblər.

Təcrübədə iştirak edən şəxslər funksional maqnetik rezonans görüntüləmə cihazı ilə müşahidə ediliblər və beyin fəaliyyətləri ölçülüb. Görüntülərdən sonra yaşadıqları stress və həyəcan dərəcəsi qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, eksperiment zamanı böyük fəaliyyətə malik olan beyin hissəsində daha çox stressin yığıldığı müəyyən edilib.

Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

"Bu şəbəkələrin fərqli rol oynamalarına baxmayaraq, bizim əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, insanlar stressi azaltmaq üçün adaptiv yolla həm müsbət, həm də mənfi şəbəkələrdən istifadə edirlər", - deyə araşdırmada deyilir.

Hippokampusun stressi necə tənzimlədiyini öyrənmək üçün çox şey lazım olmasına baxmayaraq, tədqiqatçılar əmindirlər ki, funksional sinir şəbəkələrinin kəşfi stress müalicə etmə metodlarının inkişafına kömək edə bilər.

"Bu nəticələr hippokampus və frontal beyin qabığı arasındakı əlaqələrin gücünü artırmağa və ya fizioloji stress mərkəzlərinə siqnalın azaldılması kimi terapevtik müdaxiləni bir neçə məqsədə uyğunlaşdırmağa kömək edə bilər", – deyə baş tədqiqatçı Rajita Sinha bildirib.

0
Əlaqədar
Yarımbeyinli insanların sirri açıldı
Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər
Bu əlamətləriniz varsa xərçəng ola bilərsiniz
Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər
Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar