Azərbaycanda film dublyajı tamaşaçını qaçırır

33
(Yenilənib 20:34 21.12.2018)
Son zamanlarda Azərbaycanda yenidən canlanmağa başlayan sahələrdən biri də film dublyajıdır.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu gün keçirilən dəyirmi masa məhz bu mövzuya və Azərbaycan dilinin saflığının qorunmasına həsr edilib. Müzakirədə CinemaPlus kinoteatr şəbəkəsinin direktoru Cəfər Axundzadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının artisti Zemfira Abdulsəmədova, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov, Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli iştirak ediblər.

Cəfər Axundzadə filmləri dublyaj edərkən filmin ruhunu, hər bir obrazın xarakterini hiss etməyin vacibliyini vurğulayıb. Qulu Məhərrəmli müasir sözcüklərin də ana dilimizdə yeri olduğunu və sadəcə olaraq, onların düzgün analoqlarının seçilməli olduğunu düşündüyünü deyib. Vidadi Qafarov isə hər bir dilin müstəqil canlı orqanizm olduğunu qeyd edib. Belə ki, dilin özü hansı sözlərin yer tapıb-tapmayacağına qərar verir. 

33