Bakıda ən hündür küknar ağacı belə quraşdırılıb

81
(Yenilənib 14:17 17.12.2018)
Paytaxtın bir çox yerləri artıq yeni il üçün hazırlanıb, bayram yolkaları bəzədilib. Həmin yeni il ağaclarından birinin - Hökumət Evinin qarşısındakı küknarın necə quraşdırıldığını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Yeni ilə iki həftə qalıb. Bakımız isə yavaş-yavaş bayram ab-havasına bürünməyə başlayıb. Ənənəvi olaraq, paytaxtımızın ən uca küknar ağacı Azadlıq meydanında qurulur. Ağacın uzunluğu (ulduzu ilə birgə) 37, eni isə 16 metrdir. Bütün quraşdırılma işləri bu həftə ərzində başa çatdırılmalıdır. Ağacın işıqlarının isə dekabrın 22-də yanacağı gözlənilir.

81
Əlaqədar
Bakının ən isti ürəkli yarmarkası hər kəsi Yeni İl ab-havasına qərq edir