Azərbaycanlılar ermənilərin bir yerdə yaşaya bildikləri unikal kənd

2961
(Yenilənib 18:36 13.12.2018)
Gürcüstanın şərqində, Ermənistanla sərhədin yaxınlığında Tsopi adlı kiçik kənd yerləşir və burada çoxdandır ermənilər və azərbaycanlılar birgə yaşayır, qonşuluq edirlər

Sputnik Gürcüstan-ın çəkiliş qrupu 900-ya yaxın əhalisi olan Tsopi kəndinə yollanıb. Onlar arasında, demək olar ki, gürcü yoxdur. Kəndin erməni və azərbaycanlı əhalisi dostluq edirlər və tez-tez bir-birlərinin evinə qonaq gedirlər.

Tsopi kəndinin sakinləri deyir ki, onlar bir ailə kimi yaşayırlar və onlar üçün “erməni” və ya “azərbaycanlı” anlayışı mövcud deyil. Kənd əhalisi azərbaycanca, həm də ermənicə danışır. Bəziləri rus dilini yaxşı bilir. Yalnız uşaq və yeniyetmələr gürcü dilində danışa bilirlər.

Dövlət müəssisələrindən Tsopidə yalnız məktəb və uşaq bağçası fəaliyyət göstərir. Şəxsi müəssisələr isə yoxdur. Yaşlı əhali güzəranını kənd təsərrüfatı ilə məşğul olmaqla keçirir. Gənclər isə kəndi tərk etməli olurlar. Onlar iş tapmaq üçün Ermənistana və Azərbaycana yollanırlar.

2961