Qazaxda tibb müəssisəsindəki örnək ənənə on ildir dəyişmir

144
(Yenilənib 12:31 10.12.2018)
10 ildir tikilib istifadəyə verilmiş Qazax Rayon Müalicə Diaqnostika Mərkəzində, fəaliyyətinin ilk günündən başlayaraq, hər səhər Azərbaycan Respublikasının dövlət himni səsləndirilir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri bu dəyişməz ənənənin şahidi olub. Bir qayda olaraq, hər gün saat  08:55-də bütün işçi heyəti eyvana çıxaraq himnimizi dinləyir. Eyni zamanda tibb müəssisəsinə gələn vətəndaşlar da bu ənənəyə qoşulmağı özlərinə borc bilirlər.

Tibb müəssisəsinin baş həkimi Kamandar İbrahimov deyir ki, bununla tibb işçilərində əlavə məsuliyyət, xəstələrdə isə həkimlərə, müalicə ocağına inam hissi və ruh yüksəkliyi yaranır.

144