Bakılılar robot qapıçıyla qızğın mübarizə aparıblar

116
(Yenilənib 17:16 04.12.2018)
Dünyanın ən cəld qapıçısı “Robokiper” (Robokeeper) Bakıya təşrif buyurub. Onun “Bakutel 2018” sərgisinin iştirakçıları ilə baş tutan “qarşıdurmasını” Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Robokeeper” “Bakutel 2018” ənənəvi beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında təqdim olunub. Sərginin iştirakçıları qol vurmağa cəhd ediblər, robot qapıçı isə onların toplarını ram etməyə çalışıb. Çəkiliş qrupumuz orada olan müddətdə robokiperin qapısına bir qol belə, vurulmayıb.

Robokiperin gözlərini saniyədə 90 şəkil çəkən iki kamera əvəz edir. Onlar topun trayektoriyasını hesablayır. Amma istifadə olunan topun rəngi arxa fondan fərqlənməlidir.

Qeyd edək ki, hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları robota üstün gələ bilməyib. Dünyada bu “süni” qapıçının 10 ekzemplyarı mövcuddur.

“Bakutel 2018” sərgisi bu gün işinə başlayıb və dekabrın 7-nə qədər davam edəcək. Sputnik Azərbaycan “Bakutel 2018” sərgisinin informasiya tərəfdaşıdır.

Qeyd edək ki, Sputnik Azərbaycan 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel" Sərgi və Konfransının informasiya tərəfdaşıdır.

116
Əlaqədar
Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi
Layner çəkə bilməyən qadınların problemini robot kökündən həll etdi

Medalın əks tərəfi: Bakı koronavirusun ciddi olduğunu nəhayət anlayıb

153
(Yenilənib 11:24 08.07.2020)
Azərbaycanda qısaca “azad nəfəs” dönəmindən sonra sərt karantin rejimi dəyişmədən qalır. Televizordan isə yalnız koronavirus xəbərlərini eşidirik. Bəs insanlarımız bu virusun doğrudan da təhlükəli olduğuna inanmağa başlayıblarmı?

Son ay ərzində koronovirusa yoluxanların sayı gün ərzində 500-dən aşağı enmək bilmir.  Yalnız bir-iki ay öncə Azərbaycanda ən populyar ifadə “koronavirus boş şeydir” idisə, son zamanlarda vəziyyət tamamilə dəyişib.

Artıq hər kəsin ətrafında yoluxanlar, vəziyyəti ağırlaşanlar var. Təəssüf ki, tanıdıqlarımız arasında ölüm xəbərini almağa da başlamışıq. Deyəsən, nəhayət, Bakı pandemiyanın real, koronanın isə doğrudan da təhlükə olduğunu anlamağa başlayıb.

Ölkədə isə karantin rejimi yenidən uzadılıb və sərtləşdirilib. Əhalinin tibbi maska taxmağa münasibəti yavaş-yavaş dəyişir. Hər gün ölkənin müxtəlif regionlarında karantin pozulması haqqında cərimə xəbərləri eşidirik, boş yerə evdən bayıra çıxmamağa çalışırıq.

Sputnik Azərbaycan isə bu zamanlarda şəhərdəki vəziyyəti müşahidə etməyi qərara alıb. Daha ətraflı - videomuzda.

153

edək ki, koronadan yaxa qurtaraq? Bakı sakinləri cavab verir

842
(Yenilənib 14:37 07.07.2020)
Artıq bir neçə aydır ki, hamımızın dilində yalnız bir söz, hamımızın ürəyində isə yalnız bir istək var. Koronavirusun ağuşundan çıxacağımız günü səbirsizliklə gözləyirik. Bakı sakinləri bu virusla mübarizədə öz düşüncələrini bizimlə bölüşüblər.

Ölkədə bütün güc koronavirusla mübarizə üçün səfərbər edilib. İlk aylarda əhali arasında virusa qarşı inamsızlıq olsa da, artıq hər kəs təhlükənin nə qədər ciddi olduğunu anlayır. Şəhərdə maskasız insan görmək nadir bir hala çevrilib.

Özümüzü bütün sevdiklərimizdən təcrid etmişik, onların gülüşünü və təbəssümünü görmək üzünə həsrət qalmışıq. Bunun sonu isə yalnız koronavirus bizi “tərk edəndən” sonra gələcək. Hər ay müxtəlif yeni tədbirlər tətbiq edilir. Biz isə sakinlərimizdən daha hansı tədbirlərin zəruri olduğu barədə soruşduq. Eşitdiyimiz hər cavab bir-birindən fərqli və maraqlı oldu. Daha ətraflı videomuzda izləyin.

Qeyd edək ki, ölkədə iyulun 20-ə qədər sərt karantin rejimi tətbiq edilib. Bu həftədən etibarən metro işləmir. Evdən çıxmaq yalnız sms-xəbərdarlıq və xüsusi iş icazəsi ilə mümkündür.

842
Gəncədə vəziyyət, arxiv şəkli

Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?

0
(Yenilənib 13:08 09.07.2020)
İndiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib

 

BAKI, 9 iyul — Sputnik. Azərbaycanın bölgələrində koronavirusla bağlı vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, epidemioloji vəziyyətin qənaətbxş olduğu Ucarda 4 nəfər, Yardımlıda 5 nəfər, Zərdabda 5 nəfər, Xızıda 6 nəfər, Daşkəsəndə 6 nəfər, Oğuzda 7 nəfərdə COVİD-19 testinin nəticələri pozitivdir.

Yoluxma sayında artım müşahidə edilən zonalar isə "sarı" zonaya daxil edilib. Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvarda xəstə sayında artım olduğundan bölgələrin "narıncı" zonaya keçməməsi üçün müvafiq tədbirlər görülür. Neftçalada 33 nəfər, İsmayıllıda 50 nəfər, Ağcabədidə 57 nəfər, Astarada 64 nəfər, Biləsuvarda 67 nəfər, Salyanda 70 nəfərdə koronavirus xəstəsi var. "Narıncı" zonaya daxil olan Şəkidə yoluxma sayı 62, Yevlaxda 95, Cəlilabadda 247, Abşeronda 479, Sumqayıtda 728, Bakının Nəsimi rayonunda 739 nəfərdə koronavirus aşkarlanıb. Bu zonalarda yuxarı sayda aktiv xəstə var, son günlər yoluxmanın sürətlə artdığı müşahidə edilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

0
Teqlər:
bölgələr, Azərbaycan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı