CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanla apardığımız informasiya müharibəsində daha bir önəmli addım atılıb

Abunə olmaq
Bu gün Azərbaycan Dillər Universitetində “Forbidden history of Armenia and Azerbaijan” (“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”) filminin ingiliscə təqdimatı ilə bağlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilara Əfəndiyeva və digər rəsmilər iştirak ediblər.

Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun bildirib ki, filmin ingilis dilinə dublyaj edilməsi Ermənistanla apardığımız informasiya müharibəsində atdığımız daha bir önəmli addımdır.

Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynovun sözlərinə görə, filmin özəlliyi ondan ibarətdir ki, film bu vaxta qədər işıq üzü görməyən arxiv materialları əsasında çəkilib.

Qeyd edək ki, film Ermənistan Mədəniyyət Nazirliyi və Yerevan meriyasının sifarişi ilə çəkilmiş, Azərbaycan əleyhinə yönəlmiş təbliğat xarakterli “Falsification of History – Azerbaijan” (“Tarixin saxtalaşdırılması - Azərbaycan”) filminə cavab olaraq Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb.

Xəbər lenti
0