Gələcəyin taksisi: Bəlkə tıxaclardan canımız qurtardı?

165
(Yenilənib 15:56 28.11.2018)
Amsterdamda keçirilən Dron Həftəsi konvensiyasında dron və maşın sintezi olan Pop.Up NEXT modeli təqdim olunub. Bəs bunun bizim üçün marağı nədir? Bəlkə nə vaxtsa bizim də canımız tıxaclardan qurtarar?

Airbus, Audi və Italdesign-nın birgə hazırladığı model gələcəkdə ciddi tıxaclar zamanı istifadə edilə biləcək mümkün nəqliyyat vasitəsi kimi nəzərdən keçirilir. Ölçü baxımından əsl modelin yalnız dörddə birini təşkil edən prototip ilk sınaq uçuşunu da həyata keçirib.

Ən son texnologiyalarla təchiz olunmasına baxmayaraq, dronun ictimai istifadəyə buraxılması üçün görüləcək iş hələ çoxdur.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin baş direktoru Patrik Kayın tərəddüd etdiyi məqamlardan biri isə onların həddən artıq səsli olmasıdır.

165
Əlaqədar
Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub
Bakıda kütləvi taksi şoku yaşanıb, məsul qurum sərt tədbirlərə əl atacaq
Bakı Nəqliyyat Agentliyindən taksi sürücüləri üçün "sürpriz"
Taksi problemlərinizi bu nəqliyyat uğurla həll edəcək