CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyuq havada “qaynar” caz ritmləri dinləyiciləri cuşa gətirdi

Abunə olmaq
Heydər Əliyev Sarayında yerli və beynəlxalq caz ifaçılarının iştirakı ilə “jAzzeri Bands & Art” konserti keçirilib. Axşamın ən maraqlı anlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Vaxtilə şəhərimiz əbəs yerə caz paytaxtlarından biri hesab olunmurdu. İndi isə yeni caz nəsli yetişir, desək, yanılmarıq. Caz musiqisini isə yalnız festivallar çərçivəsində deyil, hər zaman dinləmək olar.

Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər

Gözəl ənənəyə çevrilən “jAzzeri” konserti artıq altıncı dəfədir ki, Heydər Əliyev Sarayında baş tutub. Bu dəfə caz axşamında Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova və Elvin Bəşirov kimi yerli ifaçılar səhnəni bölüşüblər. Gecənin xüsusi qonağı isə tanınmış kubalı musiqiçi Yanssel Kastelyon və onun “Los Amigos” qrupu olub. Soyuq noyabr havalarına baxmayaraq, “qaynar” ritmlər və rəqs nömrələri dinləyicilərin qanını isidə bilib.

Budəfəki “jAzzeri Bands” axşamının maraqlı tərəflərindən biri sarayın foyesində nümayiş etdirilən və caz musiqisinə həsr olunmuş rəsm sərgisi olub.

Xəbər lenti
0