Dövlət başçısının Minsk səfərindən gözləntilər

29
(Yenilənib 15:23 16.11.2018)
Gələn həftə Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri planlaşdırılıb. Səfər çərçivəsində ənənəvi dostluq münasibətlərini və ikitərəfli dialoqu intensivləşdirəcək yeni sazişlərin bağlanacağı gözlənilir.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyevin Minsk səfərindən sonra iki ölkə arasındakı münasibətlər yeni səviyyəyə qalxacaq. Bir sıra mühüm sahələri əhatə edən yeni sazişlər imzalanacaq. 

Fikrət Sadıqov, həmçinin Azərbaycan-Belarus münasibətlərini qiymətləndirib və onları strateji partnyorluq kimi təsvir edib. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədə və müxtəlif sahələrdə, xüsusilə də hərbi-texniki sahədə, inkişaf edir.

29