(3:52 / 27.36Mb / просмотров видео: 391)

“Qara” saz onun qaranlıq dünyasına işıq saçır

83
(Yenilənib 16:13 12.11.2018)
O, 57 yaşına qədər artıq bir dəfə "dünyasını dəyişib" — işıqlı dünyadan "qaranlıq dünyaya" düşərək. Lakin bütün dəhşətə dözərək, özündə güc tapıb və öz qaranlıq dünyasında həyatını davam etdirib. Özü də fərqli şəkildə.

Hazırda Qazax rayonunda yaşayan İlqar Əliyev indiki Ağstafanın Poylu kəndində anadan olub. 1982-ci ildə sol gözündə başlayan qəfil ağrılar ucbatından xəstəxanaya düşməli olub. Müayinələr zamanı onun, elmə məlum olmayan, nadir rast gəlinən "Behçet sindromu"na tutulduğu məlum olub. Uzunmüddətli müalicələrə baxmayaraq, 14 ildən sonra gözlərinin nurunu, tamamilə, itirib.

Böyük sıxıntı və depressiya yaşayan qəhrəmanımız bir neçə dəfə özünə qəsd etmək istəsə də, dostlarının yardımı ilə bu vəziyyətdən çıxıb və həyatını yeni səhifədən davam etdirib.

İlqar Əliyev öz qaranlıq dünyasında ən böyük yardımçısının, sirdaşının, yol yoldaşının "qara" saz olduğunu söyləyir. Sazı simfoniya adlandıran müsahibimiz, sazın onu yenidən həyata bağladığını və bu sıxıntıya dözməyə kömək etdiyini deyir.

İlqar Əliyev gözlərinin görməməsinə baxmayaraq, özünü əlil saymır. Qəhrəmanımız Allahın onu bu şəkildə sınağa çəkdiyini fikirləşir. Düşünür ki, onun üçün ən böyük dərd gözlərini deyil, ağlını itirmək olardı. Buna görə də həmişə Allaha şükür edir.

83