(1:33 / 12.47Mb / просмотров видео: 393)

Danışır Bakı: “Təkərli” radio Bakının mərkəzi küçələrindən yayımlanır

89
(Yenilənib 16:59 06.11.2018)
Bu gün, 6 noyabr tarixində Azərbaycanda milli televiziya və radio günü qeyd olunur. Bu günün şərəfinə Azad Azərbaycan radio stansiyası (106.3 FM) səyyar studiya təşkil edib.

Bu gün Azad Azərbaycan kanalı “təkərli” radio yayımı təşkil edib və öz efirini Bakının mərkəzi küçələrindən aparır. Sputnik Azərbaycan-ın çəkiliş qrupu öz həmkarlarına qoşulmaq qərarına gəlib və səhər efiri üçün komanda ilə birgə yola çıxıb.

Radio aparıcılar bu işin olduqca qəliz, amma digər tərəfdən də bir o qədər şən və əyləncəli olduğunu etiraf ediblər. Belə ki, bu dəfə onlar öz dinləyicilərinin birbaşa reaksiya və sevgilərini hiss ediblər.

Qeyd edək ki, səhər efirini Aytən Səfərova və Raqif Raufoğlu aparıb. 106.3 FM axşam 20:00-a qədər öz efirlərini Bakının mərkəzi küçələrindən yayımlamağa davam edəcək.

89