(2:30 / 17.75Mb / просмотров видео: 424)

“Azerbaijan Fashion Week”: İncəsənət dəblə qovuşanda

46
(Yenilənib 17:14 02.11.2018)
Bütün dəbsevərlərin çoxdan gözlədiyi məqam artıq burdadır. Dünən Bakıda Azərbaycan dəb həftəsinin 8-ci mövsümünün açılışı olub. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan olan dizaynerlər Bakıda yaz-yay 2019 mövsümünün ən son kolleksiyalarını nümayiş etdirirlər.

Bu dəfə dəb həftəsinin təşkilatçıları qeyri-adi mövzuya əl atıblar. Belə ki, bütün dəb nümayişləri “Art Meets Fashion” (İncəsənət dəblə qovuşanda) devizi altında keçir. Dəb nümayişlərindən başqa, tamaşaçılar həm də onlar üçün yaradılmış xüsusi ekspozisiya ilə tanış ola biləcəklər.

8-ci mövsümün iştirakçıları “Kaftan”, “Çəkməçi”, “Meeamee”, “SK collection”, Aya Bapani, Mak Mari, A.Sain, “NUBI Couture”, La Veine, Noora, Elian Couture, Zherebtsov, Ayşən Həbibova kimi dizaynerlər və markalardır.

İpək, nar və çəhrayının 50 çaları Azerbaijan Fashion Week-də
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Azerbaijan Fashion Week-in 8-ci mövsümünün birinci günü Azərbaycan markası olan Kaftan-ın nümayişiylə açıldı. Həm də dəb həftəsinin tarixində ilk dəfə Azərbaycan markası olan “Çəkməçi” kişi və qadın ayaqqabılarının nümayişini təşkil etdi. Top stilist Fuad Hacıyev, "The Best Model of the World 2007" titulunun sahibi Rüstəm Cəbrayılov və "Avroviziya 2011" müsabiqəsinin qalibi Eldar Qasımovun iştirakı isə nümayişin bəzəyi oldu. 

Azərbaycan markası olan “Meeamee” dəbservərləri qaranın bütün çalarları, asimmetriya, və xəzdən işləmə kimi elementlərilə sevindirdi. Birinci günün yekunu olaraq, tacikistanlı dizayner Xurşed Sattorov öz yaradıcılığı ilə həftənin qonaqlarını günəşli Düşənbə şəhərinə səyahətə apardı.

Bu gün də “Azerbaijan Fashion Week” öz işinə davam edəcək. Nümayişlərin ikinci günü çərçivəsində A.Sain, Elian Couture, Le Veine, Noora, Ayshan Habibova və Aya Bapani kimi markalar öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcəklər. Dəb həftəsi çərçivəsində artıq ənənəvi olan şourum da öz işinə davam edəcək. Burada butik sahibləri və qonaqlar birbaşa dizaynerlərlə ünsiyyət qura və mövsümün ən son yeniliklərindən xəbər ala bilərlər.

Qeyd edək ki, dəb nümayişləri noyabrın üçünədək keçiriləcək. Sputnik Azərbaycan “Azerbaijan Fashion Week”-in məlumat tərəfdaşıdır.

46