(2:58 / 21.10Mb / просмотров видео: 364)

Marketinqdən caza bir addım: Gənc caz ifaçıları müsabiqəsinin yekunları müzakirə olundu

49
(Yenilənib 16:58 31.10.2018)
Bakıda keçirilən 13-cü Caz Festivalı artıq başa çatıb. İki həftəni əhatə edən musiqi bayramı Bakının ən möhtəşəm konsert salonlarında baş tutub. Dünyanın yüzdən artıq aparıcı musiqiçisi festivala dəvət olunub.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu il keçirilən festivalın nəticələri, xüsusilə də festival çərçivəsində təşkil olunan gənc caz ifaçıları müsabiqəsinin yekunları müzakirə olunub.

Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Müzakirədə festivalın direktoru Leyla Əfəndiyeva, müsabiqənin təşkilati dəstəkçisi müğənni Elnarə Həsənli, həmçinin festivalın mükafatçıları Leyla İzzətova, Aydın Zeynallı və Yusif Qasımov iştirak ediblər.

Festivalın təşkilatçıları bu ilki festivalı əsl emosiya partlayışı adlandırıblar. Belə ki, bu ilin bütün tədbirləri zalları tam doldura və dinləyicilərin ürəklərinə toxuna bilib. Müzakirədə artıq Bakı səhnəsi üçün ənənəyə çevrilmiş caz festivalı Bakıda mədəni inkişafın lokomotivi olduğu fikri də səsləndirilib. 

Gənc caz ifaçıları müsabiqəsinin iştirakçıları bu ilki yarışda hər bir ifaçıya göstərilən individual yanaşma və qayğıdan ağız dolusu danışıblar. Vokal kateqoriyasında ikinci yer sahibi Yusif Qasımov isə caza müəmmalı gəlişindən bəhs edib. Belə ki, marketinq sahəsində çalışan Yusif üçün bu müsabiqədə iştirak, tamamilə, təsadüf nəticəsində baş verib.

Bakıda Beynəlxalq Caz Festivalı keçirilir
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Qeyd edək ki, bu dəfə də festivalın proqramı olduqca geniş olub. Cazsevərlərin bayramında 14 ölkəni təmsil edən qruplar çıxış edib. Axşam konsertlərindən sonra tanınmış caz ustalarının və gənc ifaçıların iştirakı ilə cem-seşnlər təşkil olunub. Caz bayramı sadəcə musiqi ilə məhdudlaşmayıb. Çünki festival tədbirlərinə müxtəlif müsabiqə, sərgi və film təqdimatları da daxil olub.

49