(0:56 / 7.50Mb / просмотров видео: 14736)

Venesiya su altında qalıb

113
(Yenilənib 16:17 30.10.2018)
Venesiyanın məşhur piazaları sulara qərq olub, belə ki, şəhərin dörddə üç hissəsi batıb. Bunun əsas səbəbi isə güclü küləklər yaradan, su səviyyəsini qaldıran və ağacları dibindən çıxaran fırtına olub.

Venesiyalılar su səviyyəsinin qalxmasına vərdiş ediblər, amma budəfəki daşqın son illərin ən güclüsü olub. “Hündür sular” adlanan məfhumun ilin bu vaxtı üçün gözlənilən olmasına baxmayaraq, bu dəfə onun səviyyəsi həmişəkindən daha yüksək olub. Şəhərin məşhur su “avtobusu” sistemi bağlanıb. Amma şəhər sakinləri və turistlər ruhdan düşməyiblər, güc-bəla ilə də olsa, bu yollardan keçməyə çalışıblar.

113