CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda robotlar futbol oynayıb

Abunə olmaq
Heydər Əliyev Mərkəzində Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçirilib.

Gənclər həm “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə güclərini sınayıblar, həm də “Robo Futbol” turnirində iştirak ediblər.

Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi - Sputnik Azərbaycan
VİDEO
Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi

Turnirin əsas məqsədi yeniyetmə və gənclər arasında elm və texnikaya maraq oyatmaq olub. 2-3 nəfərdən ibarət komandalar hər biri iki avtonom robotla yarışıb. Qaydalara görə robotların hündürlüyü 22 santimetrədək, çəkisi isə 1 kiloqramadək olmalıdır. Eyni zamanda, robotlar yalnız “Lego” parçalarından istifadə edilərək hazırlanmalı idi.

Qeyd edək ki, yarış Azərbaycanda ilk dəfə olaraq təşkil edilmiş və 26-30 oktyabr tarixlərini əhatə edən “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə keçirilib.

Xəbər lenti
0