İdmançı qız ağır zədələnsə də, komandasını yarı yolda qoymayıb

160
(Yenilənib 14:46 26.10.2018)
Yarışın ortasında yıxılıb ayağını zədələməsinə baxmayaraq, 19 yaşlı yapon qız komanda yoldaşlarını yarı yolda buraxmaq istəməyib.

Qaçış zamanı büdrəyərək yıxılan qız yarışın son 200 metrini dizi üstə iməkləyərək bitirib. Yarışdan dərhal sonra isə xəstəxanaya aparılıb və ayağının sındığı məlum olub. Ayağının ancaq dörd aydan sonra sağalacağı gözlənilir.

Maraqlıdır ki, bu cür ciddi xəsarət almağına baxmayaraq, qız bütün iradəsini toplayaraq yarışı bitirmək qərarına gəlib və komanda yoldaşlarının qaçışı davam etdirməsinə nail olub.

160

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

12
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

12

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi video

67
(Yenilənib 16:32 27.11.2020)
Anar Quliyev Suqovuşanın azad edilməsində iştirak edib, oradaca minaya düşərək bir ayağından məhrum olub. Onun qəhrəmanlıq əhvalatını videomuzda izləyin.

Vətən Müharibəsinə yollanan bütün igid oğullarımızın amalı bir olub – sona qədər bütün torpaqlarımızı qarış-qarış azad etmək. Bu onların canı bahasına başa gəlsə də, onlar bir an belə tərəddüd etmədən canlarını Vətən uğrunda fəda ediblər. Belə igidlərdən biri də Quba rayonu Amsar kənd sakini Anar Quliyevdir.

Bir ilin əsgəri olan Anar, oktyabr ayının 13-dən 14-nə keçən gecə Suqovuşan ərazisində minaya düşüb, sağ ayağının aşağı hissəsini itirib. Qazimiz ayağını itirdiyinə yox, tez yaralandığına görə peşman olduğunu bildirib. O, sonacan vuruşmaq istəyirdi.

“Hamı şad idi ki, irəli gedirik. Hamı arzu edirdi ki, geri qayıtmarıq, axıra qədər gedərik. Belə də oldu. Şükür Allaha, torpaqlarımız işğal altından azad edildi”, -deyə qəhrəman Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

Əldə etdiyimiz böyük qələbədə az da olsa payı olduğu üçün sevinən Anar son dəqiqəyə qədər ailəsinə yaralı olduğunu demək istəməyib. Onun valideynləri isə onunla fəxr etdiyini, ayağını itirsə də özü sağ qaldığına görə şükür etdiklərini deyiblər.

67
DİN əməkdaşları, arxiv şəkli

Koronavirus xəstəsiləri evdən qaçmağa davam edir

0
Hacıqabuldan olan koronavirus xəstəsi Astara rayonuna gedib, yoluxmuş Füzuli sakini isə evdən çıxaraq həmkəndliləri ilə söhbət edib.

BAKI, 28 noyabr — Sputnik. Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB "Hacıqabul rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Hacıqabul şöbəsindən verilən məlumatına görə, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə isə rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

0
Teqlər:
Füzuli, Astara, Hacıqabul, Koronavirus, epidemiya, COVID-19