(1:16 / 10.11Mb / просмотров видео: 496)

Bakının mərkəzində yemək bayramı: “Ye, iç, kef elə!”

1939
(Yenilənib 13:21 27.10.2018)
İlin ən dadlı və gözlənilən festivallarından biri olan “Food and Drinks Fest” Bakının mərkəzinə qayıdıb. Artıq 4-cü dəfədir ki, küçə yeməyi festivalı dadlı yemək və əla ab-havayla qonaqlarını qarşılayır.

Bu dəfə festival fərqli ünvanda, Fəvvarələr Meydanında keçirilir. Bu məkanın seçilməsi təsadüfi olmayıb. Şəhərin sakinləri və qonaqları asanlıqla bu bayramın əhval-ruhiyyəsinə qərq ola, həm də bu vaxta qədər dadmadıqları təamların dadına baxa bilərlər.

Festival "Meal For Real" komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib. Festivalın proqramı yalnız yeməklə məhdudlaşmır. Tədbir boyunca müxtəlif səyyar kafelər, kokteyl-barlar, kiçik "handmade" köşələr qonaqlar üçün açıq olacaq.

Qeyd edək ki, küçə yeməyi festivalı oktyabrın 29-dək saat 11:00-dən 23:00-ə qədər davam edəcək. Festivala giriş sərbəstdir.

Sputnik Azərbaycan "Food and Drinks" festivalının məlumat tərəfdaşıdır.

 

1939