(1:09 / 8.62Mb / просмотров видео: 5305)

İki insanın canını almış selin fəsadlarını aradan qaldırmağa çalışırlar

85
(Yenilənib 12:38 26.10.2018)
Rusiyanın Krasnodar vilayətində güclü sel və fırtınalar səbəbindən fövqəladə vəziyyət elan olunub.

Fövqəladə vəziyyət sərhədlərinə Abşeron və Tuapse rayonları, habelə Soçi şəhəri daxil edilib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 460 insan öz evlərini tərk etməli olub, mindən artıq bina su altında qalıb. Bölgədə dəmiryolları bağlanıb və 25 qatar saxlanılıb. Son məlumatlara görə, təbii fəlakət artıq iki insanın həyatına son qoyub.

Bölgənin çevik xilasedici xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar. İki sutka ərzində yağıntıların azalması gözlənilmir.

85

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

323
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

323

Daha bir şəhidimiz torpağa tapşırılıb

82
(Yenilənib 16:35 14.07.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusu 11 şəhid verib. Ordumuzun əsgərinin doğma məmləkətində necə dəfn edildiyini videomuzda izləyin.

Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Arif oğlu Mustafayev şəhid olub. Şəhidin cənazəsi doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

82