(1:32 / 11.90Mb / просмотров видео: 823)

Astaralı rəssam “Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürüb

7875
(Yenilənib 11:31 21.10.2018)
Astara şəhər sakini Firudin Quliyev rəssamlığa ilk dəfə 7 yaşında olarkən Koroğlunun şəklini çəkməklə başlayıb. Hazırda 71 yaşı olan Firudin, 60 ilə yaxındır ki, rəssamlıq sənətinin vurğunu olduğunu deyir.

Müsahibimiz danışır ki, dünyada İslam dininə aid mövzuda əsərlər çəkilsə də, "Qurani-Kərim"in 114 surəsini indiyədək hələ heç bir rəssam çəkməyib: "Ona görə də bu işi öz üzərimə götürdüm. 20 ildən yuxarıdır ki, "Quran"ın surələrini çəkirəm, 60-a yaxın əsər hazırdır, bəziləri eskiz formasındadır".

Qeyd edək ki, F.Quliyevin çəkdiyi "Quran surələri" əsərləri hazırda Astara rayonunun Mərkəzi Qalereyasında sərgilənir. Rəssam bir neçə ildir ki, sözügedən qalereyada rəssamlıq kursu da təşkil edib, 40-a yaxın tələbəsi var.

 

7875
Teqlər:
rəssam, Quran
Əlaqədar
Azərbaycanlı sürrealist rəssam
Bakı neftçilərini dünyaya tanıdan rəssam
Ömründə bir əsərini də satmayan 66 yaşlı rəssam: Minlərlə manat pulu geri qaytarıb