“Maykl” qasırğası Florida ştatını viran qoyub

60
(Yenilənib 14:14 12.10.2018)
Okyabrın 11-də “Maykl qasırğası” ABŞ-ın Florida ştatının “Meksiko-Biç” əyalətini viranə hala salıb.

Qasırğa bir çox məhəlləni tamamilə yerlə-yeksan edib, özündən sonra ancaq beton və qum yığını qoyub. Xilasetmə komandası 20-yə yaxın insana kömək edə bilib, amma bir çoxlarının aqibəti hələ də məlum deyil.

Qeyd edək ki, qasırğa artıq iki ölümə səbəb olub. Florida, Alabama və Corciya ştatlarından 400 minə yaxın insan təxliyə olunub. 300 mindən çox ev elektrik enerjisindən məhrum olub. Təbiət fəlakəti ölkəyə milyardlarla dollar zərər yetirib.

 

60
Teqlər:
qasırğa

Günün videosu: Əliyevlər ailəsi Şuşada

14
(Yenilənib 15:36 15.01.2021)
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva səhər tezdən Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşaya yola düşüblər.

Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.

14

Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər

12
(Yenilənib 13:36 15.01.2021)
Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin 27 illik işğaldan azad ediləndən sonrakı ilk videogörüntülərini yayımlayıb.

BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

12
Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0