Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Neft bazarı stabilliyi sevir, çünki istənilən gərginlik qiymətlərin artmasına səbəb olur

Abunə olmaq
Oktyabrın 1-də neftin qiymətləri rekord həddə çatıb. Bununla belə, bir sıra ekspertlərin fikrincə, neftin qiymətləri ilə bağlı vəziyyət qeyri-sabitdir.

"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində neft qiymətlərinin artma səbəbləri və onların Azərbaycan iqtisadiyyatına təsiri müzakirə olundu. Müzakirədə bu sahənin mütəxəssisləri — Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban, iqtisad elmləri doktoru, UNEC-in professoru Elşad Məmmədov və "Sputnik Azərbaycan"ın iqtisadi şərhçisi Fuad Əlizadə iştirak etdilər.

Ekspertlərin fikrincə, neft qiymətlərinin bu cür artımını nə ötən ilin sonunda, nə də cari ilin əvvəlində heç bir maliyyə institutu və enerji agentliyi və ya mərkəzi proqnozlaşdırmamışdı.

Neft artımının əsas səbəbi kimi dünyada baş verən gərginliklər göstərildi. Bunların arasında OPEC və OPEC+ təşkilatlarının razılığı nəticəsində 1,5 milyon barel neftin bazardan çıxarılması, Venesuelanın iqtisadi vəziyyəti, ABŞ prezidentinin İrana qarşı ikimərhələli sanksiyaların birinci mərhələsini imzalaması və ABŞ-Çin arasındakı ticarət müharibələri qeyd olundu.

 

Xəbər lenti
0