(1:51 / 14.62Mb / просмотров видео: 419)

“Ağzınız dada gəlsin!” ya İrəvan mətbəxinin özünəməxsus təamları

321
(Yenilənib 16:24 08.10.2018)
İrəvan mətbəxi digər bölgələrimizin mətbəxi ilə eyni ahəngdədir, amma oranın bitkiləri, tərəvəzləri, ab-havası və suyu xörəklərə ayrı bir dad qatıb.

Əslən irəvanlı olan tanınmış aşpaz Oruc Əliyev Sputnik Azərbaycan-a İrəvan mətbəxinin inciləri hesab olunan xörəklərin hazırlanma üsulları haqda danışdı. Bildirdi ki, İrəvan mətbəxində Göyçə Gölünün balıqlarından, əsasən də xan balığı və qızıl alabalıqdan hazırlanan yeməklər xüsusi çəkiyə malikdir.

İrəvan bölgəsinin mətbəxinin tacı isə onun şah plovlarıdır. Plovlar həm düyü, həm bulqurdan hazırlanır.

Bu yeməklərin hazırlanma qaydası ilə videomuzda tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun sözlərinə görə, ilin sonuna qədər İrəvan mətbəxinə həsr olunmuş kitab dərc olunacaq. Kitaba 400-dən çox yemək daxil edilib.

 

321
Əlaqədar
Qaxda ənənəvi bal və milli mətbəx bayramı
Milli mətbəx: dovğa