(1:26 / 11.74Mb / просмотров видео: 918)

ADEX-2018-in yenilikləri: Qürur duymaq üçün səbəb çoxdur

291
(Yenilənib 13:51 26.09.2018)
Bakıda müasir silah və texnikanın, ölkənin müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayiş olunduğu möhtəşəm tədbir start götürüb. ADEX 2018-də görmək mümkün olan şeylərə Sputnik Azərbaycan-ın videosunda baxın.

"ADEX-2018" sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib.
Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Pavilyonlarda müasir silahlar və texnika nümayiş olunur.

Qeyd edək ki, Sputnik Azərbaycan "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin informasiya tərəfdaşıdır.

291
Əlaqədar
Prezident İlham Əliyev Bakıda nümayiş olunan müasir silahlarla tanış olub