Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda dostları bəyə elə bir sürpriz etdi ki...

Abunə olmaq
Dostlarından toyu olan bəyə maraqlı sürpriz: Bu dəfə traktorlar fərqli məqsədlə istifadə edilib.

Müxtəlif rəngli şarlar, qırmızı lentlər bağlanan traktorlar bu dəfə təsərrüfat işləri üçün deyil, gəlin karvanı üçün bəzədilib. Goranboy rayonunun Xanqərvənd kəndində keçirilən toy məclisində mexanizator həmkarları bəyi təəccübləndirmək məqsədilə belə bir addım atıblar. Onlar bəzədilmiş traktorlarla mexanizator işləyən Tural Həsənovun toy karvanına qoşularaq, maraqlı görüntü yaradıblar.

Toyda maraqlı anlar bununla bitməyib. Belə ki, dostları daha sonra T.Həsənovu öz traktoru ilə "Bəy tərifi" mərasiminə gətiriblər. Maraqlı görüntülərlə gerçəkləşən toy məclisi uzun müddət xanqərvəndlilərin xatirələrində qalacaq.

Xəbər lenti
0